Hikmət Hacıyev: "Avropa Parlamentindəki bəzi qüvvələrin mövqeyinə rəğmən Aİ-Azərbaycan əlaqələri inkişaf edəcək"

hikmet haciyev avropa parlamentindeki bezi quvvelerin movqeyine regmen ai azerbaycan elaqeleri inkisaf edecek

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı əlaqələr dinamik sürətdə inkişaf edir. Əlaqələrimiz enerji, nəqliyyat uzlaşmaları, humanitar, iqtisadi,  ticarət və  digər sahələrdə yaxşı inkişaf edir və bu gün Azərbaycan-Aİ arasında strateji tərəfdaşlığa dair  saziş layihəsinin müzakirəsi əldə olunan irəliləyişlərin bariz göstəricisidir”.

 

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

 

“Təəssüflər olsun ki, Avropa parlamentində bir sıra qüvvələr var. Onlar şəxsi maraqlarından çıxış edən dairələrdir. Düşünürlər ki, bu yolla Aİ-Azərbaycan əlaqələrinə xələl gətirə bilərlər, ancaq öz məqsədlərinə nail ola bilməyəcəklər”, - deyə H. Hacıyev qeyd edib.

 

Aİ-nin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xatırladan XİN təmsilçisi deyib ki, Avropa Parlamentdə Aİ-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələrin mövqeyinə rəğmən əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267