İsrailin Azərbaycandakı səfirliyi Trampın Yerusəlimi paytaxt kimi tanıması ilə bağlı etirazlara münasibət bildirib

israilin azerbaycandaki sefirliyi trampin yeruselimi paytaxt kimi tanimasi ile bagli etirazlara munasibet bildirib

“Yerusəlim 3000 il ərzində yəhudilərin paytaxtı olub və 70 ilə yaxındır İsrailin paytaxtıdır”.

 

Bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfirliyinin sözçüsü Avital Rosenberg ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıması ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

 

Diplomat bildirib ki, İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudi, xristian, eləcə də müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək: "İsrail Fələstin də daxil olmaqla, bütün qonşuları arasında sülhün bərqərar olmasına sadiqdir”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edib. O, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. Bu qərar dünyada, o cümlədən ABŞ-ın müttəfiqləri arasında etiraza səbəb olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda guclu yagis fesadlar yaradib yenilenib
    Gürcüstanda güclü yağış fəsadlar yaradıb - YENİLƏNİB...
  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
sumqayitda ucmertebeli magaza yanib yenilenib sumqayitda ucmertebeli magaza yanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267