Kliçko: “Yaxın vaxtlarda Ukrayna ilə Azərbaycan arasında bir sıra sənədlər imzalanacaq”

klicko yaxin vaxtlarda ukrayna ile azerbaycan arasinda bir sira senedler imzalanacaq

“Yaxın aylarda Ukrayna ilə Azərbaycan arasında müəyyən edilmiş əməkdaşlıq istiqamətləri üzrə bir sıra sənədlər imzalanacaq”.

 

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Kiyev meri Vitali Kliçko deyib. 
 

Prezident İlham Əliyev ilə görüşdən məmnun qaldığını deyən V. Kliçko bildirib ki, bu əməkdaşlıq daha da sıx olmalıdır. 
 

Bakıda bir neçə il əvvəl “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçdiyini deyən V. Kliçko bir neçə ay sonra ölkəsində mahnı müsabiqəsini yüksəl səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsini öyrənmək niyyətində olduğunu deyib: "Mən Bakının baş memarı ilə danışmışam. Kiyevin baş memarı bura gəlib çox şeyi öyrənməlidir. Bu təcrübə mübadiləsinin vacib hissəsidir. Biznesin inkişafına dair istiqamətlər barədə müzakirələr aparılıb. Məsələn, Bakıda Ukrayna mağazalarının açılması, Ukrayna enerji bazarında lider olan SOCAR-ın yanacaqdoldurma məntəqələrin inkişafı və s." 
 

V. Kliçko həmçinin Bakı şəhər icra hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovu “Eurovision” mahnı müsabiqəsini izləmək üçün Kiyevə dəvət edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ