Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

mehriban eliyeva iranli nazirin rehberlik etdiyi numayende heyeti ile gorusub

Martın 17-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

APA-nın xəbərinə görə, Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahəni əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirib.

 

Azərbaycanla İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədin imzalandığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahədə qurulan əlaqələrdən danışan birinci vitse-prezident humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söyləyib və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğulayıb.

 

Mahmud Vaezi Mehriban Əliyevanı birinci vitse-prezident təyin olunması münasibətilə təbrik edib, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq
    Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazı...
  • nazirlik 80 elili istirahete gonderib
    Nazirlik 80 əlili istirahətə göndərib
nazirlik 80 elili istirahete gonderib nazirlik 80 elili istirahete gonderib +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.8939
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ