Milli Məclisin deputatları beynəlxalq tədbirlərə qatılacaqlar

milli meclisin deputatlari beynelxalq tedbirlere qatilacaqlar

Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün noyabrın 15-də Kanadanın paytaxtı Ottavaya səfər edəcək.

 

APA-nın məlumatına görə, Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması  mövzularında müzakirələr aparılacaq.

 

Deputat müzakirələrdə Azərbaycanda bu istiqamətlərdə görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verəcək.

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. Arif Rəhimzadənin sədrliyi ilə keçiriləcək Sosial siyasət və insan hüquqları daimi komissiyasında MDB-yə üzv ölkələrdə ailələr üçün həyat səviyyəsinin göstəriciləri ilə bağlı qurumun Statistika Komitəsinin məlumatı təqdim olunacaq, vətəndaşların hüquqi vəziyyəti haqqında informasiyanın əldə edilməsi və pensiya təminatı üzrə tövsiyələrə baxılacaq, model Miqrasiya və Əmək məcəllələri ətrafında müzakirələr aparılacaq.

 

Mədəniyyət, informasiya, turizm və idman məsələləri daimi komissiyanda MDB dövlətləri üçün model Mədəniyyət Məcəlləsi, habelə “Şəxsi məlumatlar haqqında”, “İdmanda dopinqdən istifadəyə qarşı mübarizə”, “Məktəb idmanı”, “Sosial turizm” və digər model qanunların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputatlar iclaslarda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272