Milli Məclisin deputatları Gürcüstan parlamentinin sədri ilə görüşüblər

milli meclisin deputatlari gurcustan parlamentinin sedri ile gorusubler

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Azərbaycan və Gürcüstan arasında münasibətlər və parlamentlərarası əlaqələr müzakirə olunub.
 

İ. Kobaxidze görüşdən məmnunluğunu ifadə edərək Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.
 

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamət üzrə təkliflər nəzərdən keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276