NATO PA-nın seminarında Azərbaycan bir deputatla təmsil olunacaq

nato pa nin seminarinda azerbaycan bir deputatla temsil olunacaq

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak etmək üçün martın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə səfər edəcək.

 

Parlamentdən APA-ya verilən məlumata görə, seminarda Qərbi Balkan ölkələrində Avro-Atlantik inteqrasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.

 

Yığıncaqda, eyni zamanda, Bosniya və Herseqovinada müdafiə sahəsində islahatlar, daxili etnik münasibətlər, Makedoniyada inkişaf prosesləri, Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi, Suriyada, İraqda, Liviyada son durum və ekstremizmə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili toplantıda qoyulan məsələlərə öz münasibətini bildirəcək.

 

Səfər martın 24-də başa çatacaq.

 

Qeyd edək ki, ildə bir dəfə keçirilən seminarda Azərbaycan bütöv nümayəndə heyəti ilə təmsil olunurdu.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dil pozuntularinin qarsisini almaq ucun ceza tedbirleri hazirlanacaq
    Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazı...
  • nazirlik 80 elili istirahete gonderib
    Nazirlik 80 əlili istirahətə göndərib
nazirlik 80 elili istirahete gonderib nazirlik 80 elili istirahete gonderib +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.8939
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ