Nazir müavini İslam ölkələrini Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirməyə çağırıb

nazir muavini islam olkelerini qarabag meselesinde azerbaycanla hemreylik numayis etdirmeye cagirib

"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələdir".

 

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransdakı çıxışında deyib.

 

O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir: "Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında İslam həmrəyliyinin böyük əhəmiyyəti var. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirir, İƏT-ə bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edir, digər İslam ölkələrini də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq.

 

Erməni silahlı bölmələri işğal olunmuş ərazilərdə etnik təmizləmə, Xocalıda soyqırımı həyata keçirib.

 

Hazırda isə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüdür, yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İƏT-in dəstəyinə güvənirik".

 

O, İƏT ölkələrinin Dağlıq Qarabağdan olan şəxslərin girişini qadağan etməsi istiqamətində də addımlar atdığını deyib.

 

Nazir müavini vurğulayıb ki, işğal olunmuş Azərbaycan torpaqlarında abidələr, qəbirlər və məscidlər darmadağın edilib.

 

"İƏT ölkələri KİV-inin bu məsələri işıqlandırmaq istiqamətində fəaliyyətlərini gücləndirməsini xahiş edirik. Azərbaycan bir sıra müsəlman ölkəsində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edirik", - deyə X. Xələfov qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib
    Nazir: “İqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iq...
  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ