Olland: "Fransa Azərbaycan üçün hər zaman açıq və səmimi tərəfdaş olaraq qalacaq"

olland fransa azerbaycan ucun her zaman aciq ve semimi terefdas olaraq qalacaq

"Mən Sizi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimiz bir dönəmdə qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyıb. Beləliklə, həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Əslində mən “bərpa olunmuş müstəqilliyini” sözlərini söyləməli idim. Çünki 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud olub və onun yaranması tarixi hər il Azərbaycanın milli günü kimi qeyd olunur. Biz bir neçə gün əvvəl Beynəlxalq Qadınlar Gününü qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki, Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə hüququnu verən ilk ölkələrdən olub".

 

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland onun adından Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyindəki çıxışında deyib.

 

F. Olland qeyd edib ki, əslində xalqlarımız arasındakı əlaqələrin tarixi 25 illik diplomatik münasibətlərdən daha qədimdir: "Bizim ölkələri birinci növbədə ticarət əlaqələri yaxınlaşdırıb. Bu əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlayıblar.

 

Daha sonra Fransanın qədim tarixə malik olan şərqşünaslıq ənənəsi bizi mədəniyyət sahəsində də yaxınlaşdırıb. Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıdıb. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olub. Artıq o vaxtdan ölkələrimiz arasında möhkəm əlaqələr qurulub və mən münasibətlərimizin istisnasız hər bir mövzuya toxunmağa imkan verən səmimiliyini və açıqlığını çox qiymətləndirirəm.

 

Cənab Prezident, Sizin ölkənizin əməkdaşlıq əlaqələrini şaxələndirmək, müstəqilliyini möhkəmləndirmək kimi böyük bir məqsədiniz var. Biz Azərbaycan və Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı danışıqlar artıq bir ay əvvəl Brüsseldə Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda uğurla nəticələnsin. Fransa karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən biridir. Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram.

 

Cənab Prezident, hörmətli birinci xanım, Fransanın bir çox şirkətləri Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübələri və bacarıqları ilə bölüşməyə hazırdırlar. Bildiyimə görə, Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanıb.

 

Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm. Biz 2016-cı ilin sentyabr ayında açılan Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi duyuruq. Universitetin artıq 150 tələbəsi var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz şəxsi dəstəyinizə görə təşəkkür etmək istərdim. Bu, təhsilə və ölkənizdə 50 minə yaxın şagirdə tədris edilən və 3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına Sizin verdiyiniz əhəmiyyəti bir daha göstərir.

 

Mən, həmçinin Fransanın və Azərbaycanın regionlarıarasında sayı get-gedə artan əməkdaşlıq proqramlarında iştirak edən rayon icra başçılarını və deputatları da alqışlamaq istərdim.

 

Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman mübadilələrimizi, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaq".

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ