Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Minsk və Sankt-Peterburqa səfər edəcək

oqtay esedovun basciliq etdiyi numayende heyeti minsk ve sankt peterburqa sefer edecek

Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarusda rəsmi səfərdə olacaq.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

 

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə prezidenti Aleksandr Lukaşenko, baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

 

Oktyabrın 13-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci  Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

 

MDB PA-nın Şura iclasında cari məsələlərlə yanaşı, “Birliyin uşaqları” adlı Beynəlxalq Forumun nəticələri, Qazaxıstan parlamentinə seçkilərin və Qırğızıstanda prezident seçkilərinin müşahidə edilməsi barədə məsələlərə baxılacaq, növbəti il üçün təşkilatın fəaliyyət planı müzakirə olunacaq. Səfər çərçivəsində nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti Assambleyasının açılış mərasiminə qatılacaq. Assambleyada “Etiqadlar və etniklərarası dialoq vasitəsi ilə mədəni plüralizmi və sülhü təşviq etmək” mövzusunda ümumi müzakirələr keçiriləcək. Tədbirdə Oqtay Əsədov çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bölüşəcək, qaldırılan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Burada Milli Məclis sədrinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçılarıyla bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 16-da başa çatacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272