Prezident: “Çalışacağam ki, Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim”

prezident calisacagam ki ruhani ile birlikde iran azerbaycan dostluq qardasliq elaqelerini inkisaf etdirim

“Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görüb”. 

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar bildirib.

 

Azərbaycan prezidenti yanvarın 10-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub, Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

 

Daha sonra İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verən dövlət başçısı H. Rəfsəncaninin vəfatı ilə əlaqədar qardaş İran xalqına Azərbaycan xalqı adından başsağlığını çatdırıb: “Haşimi Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynayıb, böyük işlər görüb, unudulmaz iz qoyub. İran xalqı da onun əməllərini yüksək qiymətləndirirdi ”.

 

Dövlət başçısı Rəfsəncaninin İran-Azərbaycan əlaqələrinin inkişafında çox fəal rol oynadığını, bu əlaqələrin inkişafının böyük tərəfdarı olduğunu bildirib: " Mənim atam, prezident Heydər Əliyev ilə onu çox yaxın dostuq əlaqələri bağlayırdı. Onlar birlikdə İran-Azərbaycan əlaqələrinin təməlini qoydular. Sağlam təməl qoydular ki, bu əlaqələr dostluq, qardaşlıq şəraitində inkişaf etsin.

 

Mən cənab Haşimi Rəfsəncaninin Azərbaycana səfəri zamanı prezident Heydər Əliyevlə olan görüşləri xatırlayıram. O görüşlərin bəzilərində mən də iştirak etmişəm. Şəxsən görürdüm ki, onlar doğrudan da bir-birinə qarşı çox böyük hörmətlə yanaşırlar. Mən Prezident olandan sonra İrana etdiyim səfərlərin birində cənab Haşimi Rəfsəncani ilə Tehranda görüşmüşəm və o görüş də mənə çox gözəl təəssürat bağışlayıb.

 

O, doğrudan da çox böyük dövlət xadimi, müdrik siyasətçi idi. Öz xalqına çox bağlı olan bir insan idi və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüşdü. Hesab edirəm, o da sevinirdi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir.

 

Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ