Prezident: “Azərbaycan-Aİ sazişi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addımdır” - YENİLƏNİB

prezident azerbaycan ai sazisi emekdasligimizin daha da inkisaf etdirilmesinde muhum addimdir yenilenib

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, Belçikaya səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib.

 

Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlət başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib.

 

Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

*** 11.13

 

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ