QDİƏT-in İstanbulda keçirilən toplantısının yekun bəyannaməsinə Qüdsə dair maddə salmaq mümkün olmayıb

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısının yekun bəyannaməsinə Qüdslə bağlı paraqrafın daxil edilməsi mümkün olmayıb.

 

APA-nın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib ki, bölgədə cərəyan edən hadisələrə laqeyd qalmaq olmaz: “ Bu səbəbdən zirvə toplantısının yekun bəyannaməsinə Qüdsə dair bəndin salınmasını istədik. Ancaq bəzi dövlətlərin təmsilçiləri məsələni öz ölkələrinin Xarici İşlər nazirlikləri ilə müzakirə edəcəklərini, diplomatiya idarələrinin razılığını almadan yekun bəyanatı imzalaya bilməyəcəklərini dedilər. Biz onların mövqeyinə hörmətlə yanaşırıq. Ancaq qəti şəkildə inanırıq ki, Assambleyamıza üzv olan ölkələrin hökumətləri də Qüdsdə baş vermiş hadisələrə laqeyd qalmayacaq və yaxın günlərdə yekun bəyanatla bağlı öz mövqelərini Baş Katibliyə bildirəcək. Biz onların da rəsmi mövqelərini öyrəndikdən sonra  yekun bəyannaməni imzalayacağıq”.

 

Parlament Assambleyasının baş katibi Asəf Hacıyev nümayəndə heyətlərinin başçılarından 10 gün ərzində cavab alacaqlarına inandığını bildirib. O, bəyannayə Türkiyənin etdiyi əlavəyə üzv ölkələrin çoxunun dəstək verməsi halında  əlavənin yekun bəyanatına daxil ediləcəyini vurğulayıb.

 

Qeyd edək ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Assambleyasının 25  illiyinə həsr edilən zirvə toplantısının yekun bəyannaməsi mayın 11-də üzv ölkələr tərəfindən razılaşdırılaraq, qəbul edilmiş sayılıb. Mayın 16-da zirvə toplantısının başlamasından sonra Türkiyə Parlamentinin sədri İsmayıl Qəhrəman sənədə son günlərdə Qüdsdə baş verən hadisələrə dair bəndin daxil edilməsi təklifini irəli sürüb. Serbiya, Bolqarıstan və Rusiya nümayəndə heyətlərinin başçıları İsmayıl Qəhrəmanın təklifinin əleyhinə çıxıblar. İsmayıl Qəhrəman təkid etsə də, Bolqarıstan Parlamentinin sədri Sveta Karayaçeva təklifə etiraz edib.

 

Ukrayna nümayəndə heyəti sənədə “Rusiyanın təcavüzkar siyasəti” kimi maddə daxil edilməsini istəyib. Rusiya nümayəndə heyətinin başçısı, Duma sədrinin müavini Pyotr Tolstoy bunun əvəzində Ukrayna dövlətini soyqırımında günahlandırıb.

 

Müzakirələrə qatılan Azərbaycan Milli Məclisini spikeri Oqtay Əsədov deyib ki, burada dərinə gedilsə, başqa məsələlər ortaya çıxacaq: “Onda gərək Gürcüstan-Abxaziya, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsini də gündəmə  gətirək. Biz yekun bəyannaməni qəbul etmişik, Türkiyənin Qüdsə dair təklifi üçün vaxt verildi. Fikrimizi Baş Katibliyə bildirəcəyik, çoxluq olsa, yekun mətnə maddə daxil ediləcək”.

 

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının  25-ci ili münasibətiylə İstanbulda keçirilən zirvə toplantısının sonunda Assambleyanın işində xidmətlərinə görə Oqtay Əsədov ordenlə təltif edilib.

 

Zirvə toplantısı başa çatıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027