Bakı Forumu çərçivəsində “Gənclər danışır, biz dinləyirik” adlı panel keçirilib

V Qlobal Bakı Forumu çərçivəsində “Gənclər danışır, biz dinləyirik” adlı panel keçirilib.

 

APA-nın xəbərinə görə, paneldə miqrasiya böhranı, Çinin gələcəyi və kibertəhlükəsizlik mövzuları müzakirə olunub. 

 

ABŞ-dan olan sabiq kapitan İsaak Tood bildirib ki, miqrasiya böhranından bir imkan kimi istifadə etmək lazımdır. Mərakeşli Kaoula Morchid miqrantlardan insan kapitalı kimi yararlanmağı zəruri sayıb: “Həmin miqrantlar Avropada avropalıların az çalışdığı sahələrdə çalışa bilərlər”.

 

Azərbaycan Diplomatik Akademiyasının magistri Mübariz Şahbazlı deyib ki, hər bir insanın fərdi bacarıqları var və bu bacarıqların ortaya çıxmasına imkan yaratmaq lazımdır.

 

Daha sonra müxtəlif ölkələrdən olan və Çinin müxtəlif universitetlərində təhsil alan tələbələr Çin mövzusunda fikirlərini bölüşüblər.

 

Hollandiyalı Jan Van Berkel Avropa İttifaqı və Çin münasibətlərindən danışıb: “Çin və Avropa İttifaqı arasında qarşılıqlı iqtisadi əlaqələr hər iki tərəf üçün faydalı olub. Avropa İttifaqı iqtisadiyyatının bütün sahələrini Çin üçün açıb. Ancaq Çin heç də iqtisadiyyatının bütün sahələrini Avropa İttifaqı üçün açmayıb. Buna misal olaraq maliyyə, informasiya və digər sahələri göstərmək olar. Çin də Avropa şirkətləri üçün bərabər şərait yaratmalıdır. Hər iki tərəfdə bazarların tam açıq olması hər iki tərəf üçün də faydalı olacaq. Çin-Avropa İttifaqı münasibətləri birtərəfli deyil, ikitərəfli olmalıdır”.

 

ABŞ-dan olan Zakari Kay Çinin gələcək istiqamətini müəyyənləşdirməyin çətin olduğunu söyləyib: “Mən Çində 5 il yaşamışam. Çinlilər çox çalışqan, əməksevər insanlardır. Əvvəllər Çinin keyfiyyətsiz məhsullar istehsal etdiyi barədə fikir vardı. Bəlkə də 10 il əvvəl bu yanaşma düzgün idi. Ancaq hazırda Çin sürətlə inkişaf etməkdə və keyfiyyətli məhsullar istehsal etməkdədir. Çin universitetlərində ciddi tədqiqatlar aparılır. Çin şirkətləri artıq dövlətin subsidiyaları olmadan belə Qərb şirkətləri ilə rəqabət apara bilirlər. Çinin gənc liderləri daha liberaldır. Mən Çinin gələcəyini daha parlaq görürəm”.

 

Z. Kay ABŞ-Çin əlaqələrinin inkişafının vacib olduğunu vurğulayıb: “İki nəhəng dövlətin toqquşması faciəyə səbəb olar. Çin bu qarşıdurmanın baş verməməsi üçün proqramlar üzərində çalışır. Çin və ABŞ arasında iqtisadi əməkdaşlıq nəticəsində çinlilər daha ucuz ABŞ məhsulları alacaqlar. Çin öz bazarlarını ABŞ şirkətlərinə açmalıdır. Onu da qeyd edim ki, Qərb dövlətləri Çindən daha çox şeylər tələb edirlər. Bu məsələdə də rasional yanaşma vacibdir”.

 

Sonda kibertəhlükəsizlik məsələsi müzakirə olunub. Niderlandda magistr təhsili alan Məhəmməd İbrahimov bu gün dünyada virtual məkanda bir sıra təhdidlərin olduğunu söyləyib: “Bu gün artıq kibermüharibə baş verir”.

 

Çində təhsil alan tacik əsilli rusiyalı Haydar İsmayılov bu gün kibermüharibələrin aktual olduğunu bildirib.

 

Çıxışlarda hazırda ABŞ və Çin, İsrail və İran arasında kibermüharibə faktlarına rast gəlindiyi nəzərə çatdırılıb.

 

Panel müzakirələrlə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ