Səfir: "Ai və Azərbaycan yeni saziş üzrə danışıqların əhəmiyyətini başa düşür"

sefir ai ve azerbaycan yeni sazis uzre danisiqlarin ehemiyyetini basa dusur

“Azərbaycan Avropa İttifaqının etibarlı və proqnozlaşdırılan tərəfdaşıdır”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

 

F. İsgəndərov bildirib ki, həmişə ikitərəfli əməkdaşlıqda müsbət dinamikaya üstünlük verilib: “İmzalanacaq yeni saziş qarşılıqlı faydalı əlaqələrimizi daha da artıracaq və hər iki tərəf üçün maraq doğuran bütün məsələlərə toxunacaq. Bu istiqamətdə danışıqlar davam etdirilir və tez bir zamanda işlərin yekunlaşacağına ümid edirik. Bunun üçün biz Aİ-Azərbaycan münasibətlərinin rifahını istəyən tərəflərdən bizim tərəfdaşlığımızı pozmağa yönəlmiş cəhdlərə qarşı mübarizədə dəstək gözləyirik. Qətnamə Azərbaycanın vacib tərəfdaş olduğunu bir daha vurğulayır və gələcək əməkdaşlıq üçün daha geniş imkanlar nəzərdə tutur”. 

 

F. İsgəndərov qeyd edib ki, Azərbaycanın da Aİ ilə danışıqlara dair bəzi məsələlərdə ciddi “qırmızı xət”ləri var, amma heç vaxt onları danışıqlar üçün qeyd-şərt kimi irəli sürməyib: "Bizim Avropa Xarici Fəaliyyət Xidmətindəki tərəfdaşlarımız da eyni mövqedədir. Hər iki tərəf razılaşma üzrə danışıqların ikitərəfli əhəmiyyətini başa düşür və Aİ də sazişin imzalanmasında az maraqlı deyil. Danışıqları pozmaq üçün hər hansı bir cəhd uğursuz olacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
agcabedide 5 ton ot baglamasi yanib agcabedide 5 ton ot baglamasi yanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267