Səfir : "FETÖ bütün dünya üçün təhdiddir"

sefir feto butun dunya ucun tehdiddir

“FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə “15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edərkən deyib.

 

Səfir qeyd edib ki, 15 iyul unudulmayacaq: “Həmin tarixdə Türkiyə Cümhuriyyətinə qarşı xainlik edilib. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə başçısının bir çağırışı ilə küçələrə çıxıb, canlarını xainlərin silahlarına sipər etdi. O gecə 250 nəfər şəhid oldu. Onların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağıq”.

 

Səfir dövlət çevrilişinə cəhd zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünə bildirib.

 

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş  Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyənin deyil, Azərbaycan xalqında  da böyük təşviş yaradıb. O bildirib ki, Azərbaycan parlamenti həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatla çıxış edib.

 

Türkiyə Böyük Millət Məclisinin üzvləri Necdet Ünüvar, Ayşe Kesir Azərbaycanın dəstəyi haqqında danışıb, iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıblar.

 

Tədbirdə qeyd olunub ki, 15 iyul hadisələri ilə bağlı 12 ölkədə tədbir keçiriləcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • malide almaniyaya mexsus herbi helikopter qezaya ugrayib olenler var yenilenib
    Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, öl...
  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ