Səməd Seyidov: “Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər”

semed seyidov siyasi mehbuslarla bagli azerbaycan uzre xususi meruzecinin teyin olunmasi meselesini gundeme getirmek isteyirler

"AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə  ediləcək".

 

APA-nın xəbərinə görə, bunu Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

 

S.Seyidov deyib ki, AŞPA-nın sessiyasının ilk günündə Azərbaycanda prezident seçkiləri məsələsi müzakirə ediləcək: "Çox maraqlıdır ki, prezident seçkilərindən bir neçə ay sonra bu məsələ müzakirə edilir. Prezident seçkiləri neçə aydır yekunlaşıb və bu məsələni indi müzakirəyə salıblar. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndə heyətinin çıxışı olacaq, biz öz mövqeyimizi bildirəcəyik. Bildiyiniz kimi, bir neçə müddət əvvəl BMT-də Azərbaycanda prezident seçkiləri müzakirə olundu".

 

S.Seyidov növbəti dəfə "siyasi məhbus" adı altında Azərbaycana təzyiq ehtimalının olduğunu bildirib: "O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir. Bu fürsətlərdən istifadə edərək sessiyada İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlı məruzəçinin yenidən təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər. Düşünürəm ki, məruzəçinin təyinatı da konstruktiv yanaşma deyil. İstəyirlərsə, qoy təyin etsinlər, biz bundan çəkinmirik", - deyə S. Seyidov əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267