Senat sədri: “İordaniya ilə Azərbaycanın bir-birinə dəstək verməsi təbiidir”

senat sedri iordaniya ile azerbaycanin bir birine destek vermesi tebiidir

Milli Məclisin sədri Oqtay Əsədov V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Feysal Akif Faizi qəbul edib.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

 

O qeyd edib ki, bu günədək iki dövlət arasında 34 sənəd imzalanıb. Spiker Azərbaycanın yerləşdiyi bölgədə özünəməxsus mövqe tutduğunu qeyd edərək, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin artıq bir ənənə halı aldığını söyləyib. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsindən və bu il IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərindən danışıb: “Heç də təsadüfi deyil ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunub”.

 

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan O. Əsədov bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirib. O, 2013-cü ilin mayında  İordaniya Senatı tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul etməsini və bu soyqırımını pisləməsini yüksək dəyərləndirib. Ümidvar olduğunu bildirib ki, gələcəkdə də bu iki dost, qardaş ölkə bir-birlərinə dəstək verəcəklər.

 

İordaniya Haşimilər Krallığı Senatının sədri Feysal Akif Faiz isə qeyd edib ki, hər iki ölkənin geosiyasi vəziyyətində oxşar cəhətlər çoxdur: “Bu baxımdan bu qardaş dövlətlərin bir-birinə dəstək verməsi təbiidir”. Qonaq dövlət başçılarımız arasındakı sıx münasibətlərin həyatın digər sahələrinə də təsir etdiyini söyləyib. O ümidvar olduğunu bildirib ki, gələcəkdə iqtisadi, mədəni və digər sahələrdə də yüksək nəticələr əldə ediləcək.

 

Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniya Haşimilər Krallığında səfiri Sabir Ağabəyov, İordaniyanın Azərbaycandakı səfiri Nassar Habaşneh və digər rəsmi şəxslər iştirak ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ