Siyavuş Novruzov: “Rusiyanın Azərbaycandakı mərkəzlərinin sənədlərinin yoxlanılması məsələsini qaldıracağam”

siyavus novruzov rusiyanin azerbaycandaki merkezlerinin senedlerinin yoxlanilmasi meselesini qaldiracagam

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi məsələsi etiraza səbəb olub. 

 


APA-nın məlumatına görə, iclasda çıxış edən YAP icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Rusiyada bəzi şəxslərin dövlət maraqlarından çox öz maraqlarını əsas götürmələrindən təəssüfləndiyini bildirib. 
 

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirilib: “Təcili tədbirlər görülməlidir. Beynəlxalq qüvvələr Rusiyaya görə bizi dəfələrlə təzyiq qarşısında qoyublar. Amma biz heç vaxt Rusiyanın mənafeyinə zidd olacaq heç nə etməmişik. Bizim Milli Məclis bununla bağlı rəsmi mövqe ortaya qoymalıdır. Bu nə deməkdir axı? Rusiya bütün işlərini başa çatdırıb, bircə qalmışdı Ümumrusiya Azərbaycan Konqresi? Azərbaycanda çoxlu sayda rus baxçaları, məktəbləri və mərkəzləri var. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi Azərbaycanın müvafiq orqanlarına rəsmi müraciət edəcəyəm ki, Rusiyanın buradakı mərkəzləri, rus icmalarının sənədlərinin qaydasında olub-olmaması ilə bağlı hesabat hazırlayıb təqdim etsinlər”.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan həmişə Rusiyanın mövqeyini dəstəkləyib: “Elə məsələ də burasındadır ki, bunu görmədilər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ