Slovakiya səfiri: "Azərbaycan və Ermənistanda avrointeqrasiya istəyi yoxdur"

slovakiya sefiri azerbaycan ve ermenistanda avrointeqrasiya isteyi yoxdur

Gürcü ekspert: “Azərbaycanın Avropa İttifaqına qoşulması tezdir”
 

“Azərbaycanın Avropa İttifaqına qoşulması tezdir”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Avropa Tədqiqatları üzrə direktoru Kaxa Qoqolaşvili Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda “Şərq tərəfdaşlığı”nın gələcəyi mövzusunda sessiyada çıxışında deyib.


Ekspertin fikrincə, Azərbaycan və Ermənistanda çoxluq Avropaya inteqrasiyanı dəstəkləmir: “Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə daha çox fəallıq göstərir. Amma bu ölkələrdə belə avrointeqrasiya hələ tam dəstəklənmir. Gürcüstanda əhalinin 70%-i Avropa İttifaqına üzvlüyü dəstəkləyir. Regionda dəyişikliklər sürətlə gedir. Bəlkə bir gün Azərbaycan da Avropa İttifaqına üzv olacaq”.


Sonra çıxış edən Slovakiya Respublikasının Gürcüstandakı səfiri Rudolf Miçalka da Azərbaycan və Ermənistanda avrointeqrasiya ilə bağlı böyük istəyin olmadığını deyib: ““Şərq tərəfdaşlığı” ölkələrinin yalnız yarısı Avropa İttifaqı ilə münasibətlərdə daha fəaldır”.
 

Rusiyanın Cənubi Qafqazda roluna toxunan diplomat onun regiona təsirini təhlükəli adlandırıb: “Rusiya geosiyasi maraqlarına görə bölgəni idarə etmək istəyir. Gürcüstanın Avropa İttifaqına üzvlüyü Rusiya üçün böyük itki olacaq. Rusiya üçün ideoloji baxımdan əsas təhlükə Avropa İttifaqıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027