USAİD nümayəndəsi: “25 il ərzində Azərbaycana 1,3 milyard dollar yardım ayrılıb”

usaid numayendesi 25 il erzinde azerbaycana 1 3 milyard dollar yardim ayrilib

“25 illik əməkdaşlıq dövründə Azərbaycanın demokratik, sabit olması üçün 1,3 milyard dollar maliyyə yardımı ayrılıb”.

 

APA-nın məlumatına görə, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

 

Onun sözlərinə görə, bu məbləğin 400 milyonu USAİD vasitəsilə təqdim olunub.

 

M. Ellis bildirib ki, ABŞ və Azərbaycan hökumətləri arasında 25 ildir tərəfdaşlıq əlaqələri mövcuddur. Onun sözlərinə görə, ölkəmizdə olduğu müddətdə QHT nümayəndələri, əməkdaşlıq etdikləri donor təşkilatlarının təmsilçiləri, hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirinin müavini Xələf Xələfov, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşlər keçirib.

 

USAİD nümayəndəsi həmçinin QHT-lərin qeydiyyatı məsələsinin Azərbaycan hökumətinin üzvləri ilə görüşdə müzakirə etdiyini bildirib. O qeyd edib ki, ABŞ Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı “vahid pəncərə” sisteminin tətbiqini alqışlayır: "USAİD proqramlarını cəmiyyətin təmsilçiləri olan QHT-lər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən QHT-lərin qeydiyyatı bizim üçün əhəmiyyət daşıyır. Düşünürəm ki, Azərbaycan hökuməti bunun bizim üçün nə dərəcədə vacib olduğunu anlayır".  

 

M. Ellis sabah Gəncəyə səfər edəcəyini bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ