Azərbaycan vətəndaş cəmiyyəti ÜAK-ın ləğvinin münasibətlərə mənfi təsir göstərəcəyini bildirir

azerbaycan vetendas cemiyyeti uak in legvinin munasibetlere menfi tesir gostereceyini bildirir

“Bu gün Rusiya-Azərbaycan münasibətləri həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. İndi belə bir məqamda bu münasibətlərə xələl gətirmək üçün gündəmə arzuolunmaz mövzuları kim atır, maraqlıdır”.

 

Bunu APA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub: “Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. O cümlədən, Ümumrusiya Azərbaycanlıları Konqresi ölkənin ictimai-siyasi həyatında ən aktiv rol oynayan təşkilatlardan olub. Ümumiyyətlə, azərbaycanlılar Rusiyanın həyatında aktiv rol oynayır.  İndi yəqin ki, iki ölkə arasında münasibətlərin inkişafını istəməyən qüvvələr Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsini ortaya atıblar". .

 

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hazırda Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söyləyib. O qeyd edib ki, azərbaycanlıların Moskvadan gözləntisi Qarabağ məsələsinin tezliklə həllidir: "Bu gözləntilərin əksinə olaraq Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi cəhdləri Ermənistana hərbi yardımın artırılması fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salır. Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər  Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin ruhuna nəinki uyğun deyil, əksinə, ziddir. Mən əminəm ki, sonda məhkəmə prezident Vladimir Putinin strateji tərəfdaş kimi qəbul etdiyi Azərbaycanın maraqlarına zidd qərar verməyəcək. Əgər verilərsə, o zaman vətəndaş cəmiyyəti olaraq, biz də lazımı çağırışlar edib, addımlar atacağıq. Mən istisna etmirəm ki, ÜAK-ın sənələrində hansısa hüquqi çatışmazlıqlar var. Hər bir təşkilatın sənədlərində çatışmazlıqlar axtarsaq, tapmaq olar. Bizdə də rus icması, Rusiya Mədəniyyət Mərkəzi var və biz onlara ən yüksək şəraiti yaratmışıq. Əminəm ki, məhkəmə bütün bunları nəzərə alıb, sonda ədalətli qərar qəbul edəcək. Əks halda, ÜAK-ın ləğvi Azərbaycan tərəfindən simmetrik addımların atılmasına gətirib çıxaracaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ