Xələf Xələfov sərhədlərin delimitasiyası prosesində Gürcüstan tərəfinin passiv olduğunu deyib

xelef xelefov serhedlerin delimitasiyasi prosesinde gurcustan terefinin passiv oldugunu deyib

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prosesdir, mütəmadi aparılır. Birinci mərhələdə 70 km, ikinci mərhələdə 60 km sərhəd xətti demarkasiya edilib, nişanlar qoyulub. Bu şəkildə irəliləyirik. İşçi qrupları vaxtaşırı görüşür, ehtiyac olanda sərhəd zonalarına gedir".

 

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

X. Xələfov bildirib ki, ehtiyac yarandıqda, demarkasiya komissiyasının iclası keçirilir, lazımi sənədlər təsdiq olunur: "Ola bilsin ki, bu ilin sonuna kimi görüş keçirilsin".

 

Nazir müavini Gürcüstanla sərhədlərin delimitasiyası prosesinin isə nisbətən passiv aparıldığını deyib: "Lakin ümidimiz var ki, Gürcüstan tərəfi bu işi fəallaşdıracaq. Biz bütün səviyyələrdə - həm ekspertlər, həm də komissiya səviyyəsində görüşə hazırıq. Lazım olan mesajlar da Azərbaycan tərəfindən göndərilib.

 

Gürcüstan tərəfinin reaksiyasına uyğun olaraq işləri davam etdirməyə hazırıq.

 

Komissiyanın iclasının keçiriləcəyi ilə bağlı isə hələlik konkret tarix yoxdur".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267