XİN: Azərbaycan QDİƏT-ə sədrliyi dövründə real regional əməkdaşlığı təşviq edəcək

xin azerbaycan qdiet e sedrliyi dovrunde real regional emekdasligi tesviq edecek

“12 iyul tarixində Azərbaycan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycanın sədrliyi ilə əlaqədar prioritetləri üzv dövlətlərin diqqətinə çatdıracaq”.

 

APA-nın xəbərinə  görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

H. Hacıyev bildirib ki, Azərbaycan sədrliyi dövründə üzv dövlətlər arasında əlaqələrin qurulmasına əsas önəm verəcək, nəqliyyat, turizm, enerji, informasiya-kommunikasiya kimi sahələrdə əməkdaşlığı təşviq edəcək: “Ermənistan tərəfindən guya “Azərbaycan QDİƏT-in gündəmini siyasiləşdirir” kimi bəyanatlar verilir, ancaq bunlar hamısı əsassızdır.  Azərbaycan QDİƏT-ə üzv dövlətləri bu təşkilatın nizamnaməsinə, məqsədlərinə, həmçinin xarici işlər nazirləri şurasında qəbul edilmiş qərarlara riayət etməyə çağırır. QDİƏT-in məqsəd və məramları odur ki, Qara dəniz məkanında üzv dövlətlər arasında real regional əməkdaşlıq təşviq edilsin və inkişaf etdirilsin. Bir dövlət tərəfindən digər dövlətin torpaqlarının işğalı qəbul edilmir. Azərbaycan da ona görə bu kimi pozucu fəaliyyətləri ört-basdır etməyəcək, təşkilatın fəaliyyətinə mane olan hallar açıq şəkildə qeyd olunmalıdır”.

 

XİN təmsilçisi deyib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində real regional əməkdaşlığı dəstəkləyir və sahəvi əməkdaşlığın tərəfdaşıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272