Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarların qəbuluna son qoymaq lazımdır"

yan zahradil avropa surasinda azerbaycanla bagli birterefli ve qerezli qerarlarin qebuluna son qoymaq lazimdir

"Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq".

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.

 

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: "Təəssüf ki, parlament üsul-ilarəsinə əsaslanan bu Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əlyiev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".

 

Sabitliyin önəmini vurğulayan Yan Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil: "Çox şadıq ki, Alyansımız da Azərbayanla sıx əməkdaşlıq edir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizimlə sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmyaraq, Azərbaycaenın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267