Allahşükür Paşazadə Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

allahsukur pasazade ayetullah hasimi refsencaninin vefati ile bagli bassagligi verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Dini rəhbəri  Ayətullah-üzma Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb. QMİ-dən APA-ya verilən məlumata görə, məktubda Şeyxülislamın Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbərdən sarsıldığı qeyd olunub. QMİ sədri Azərbaycan müsəlmanları və öz adından mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib: 

 

“Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Üzun illər ərzində fəaliyyəti agayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yuksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ