Allahşükür Paşazadə: "Azərbaycanda dini icmalar arasında qarşıdurma, məzhəb ayrı-seçkiliyi yoxdur”

allahsukur pasazade azerbaycanda dini icmalar arasinda qarsidurma mezheb ayri seckiliyi yoxdur


”Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri kimi, bölgələrdə müxtəlif dini icmaların nümayəndələri ilə görüşdünüz. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə dünya üçün gözəl bir nümunədir".
 
APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr, dünyada dini dözümlülük sahəsində müşahidə olunan problemlər baxımından bu il prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli"  elan olunması mühüm qərardır: “Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub, məscidlərimiz, məbədlərimiz dağıdılıb. Buna görə də böyük mənada islam həmrəyliyini qeyd edə bilmirik. İstərdik ki, torpaqlarımız sülh yolu ilə işğaldan azad edilsin. İnsanlarımızın Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə qayıdışı böyük inam yaradır”.
  
A. Paşazadə qeyd edib ki, Azərbaycanda xristianların, yəhudilərin məbədləri bərpa olunur: “Dini icma rəhbərləri kimi biz beynəlxalq tədbirlərdə də birgə iştirak edirik. Azərbaycanda dini icmalar arasında qarşıdurma yoxdur, məzhəb ayrı-seçkiliyi görünmür. Bu da Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasından irəli gəlir”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ