Allahşükür Paşazadə Finlandiyaya gedir

allahsukur pasazade finlandiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.

     

APA-nın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək “Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransda iştirak etməkdir.

 

Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər. 

 

Səfər çərçivəsində A. Paşazadə Finlandiya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri, xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya təhsil və mədəniyyət nazirinin müavini, xanım Zabrina Holmström ilə görüşəcək.

   

Şeyxülislamın Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşü də nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ