Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər terrorçuluq, radikalizmə qarşı və həmçinin sülhə yönələn elmi-dini konfranslar keçirməyi qərara alıblar. Görüşdə gənc nəsl arasında dostluq, sülh və vətənpərvərlik təbliğatının aparılmasının vacibliyi vurğulanıb.  A.Paşazadə Gürcüstan prezidentinə xalça hədiyyə edib. Görüşdən sonra A.Paşazadə  və onun başçılıq etdiyi nümayəndə heyəti prezident sarayından Tiflis şəhərini seyr ediblər.

 

Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycana qarşı torpaq təcavüzü etdiyini bildirib: “Mən görüşlərimdə Azərbaycan və Gürcüstan torpaqlarının 20%-nin işğal olunduğunu bildirdim. Ermənilər işğal zamanı Azərbaycan torpaqlarında olan tarixi-mədəni abidələri də məhv ediblər. Mən hər üç dövlət rəhbəri ilə görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün istənilən şərait yaratdıqları üçün minnətdarlığımı bildirdim. Dövlət başçımızın və xalqımızın salamlarını hər üç dövlət rəhbərinə çatdırdım. Mən onlara mənimlə həmfikir olduqlarına görə təşəkkür etdim”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib
    BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər...
  • 174 turanbankda telebeler ucun seminar kecirilib
    ® TuranBankda tələbələr üçün seminar keçirilib
174 turanbankda telebeler ucun seminar kecirilib 174 turanbankda telebeler ucun seminar kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ