Allahşükür Paşazadə Gürcüstana səfər edəcək

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev və onun müavini Hacı Ayvaz Mərdanov Gürcüstanın Katalikos və Patriarxı II İlyanı ziyarət ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə QMİ-nin nümayəndəsi Hacı Ayvaz Mərdanov məlumat verib. Onun sözlərinə görə, II İlya ilə görüş çərçivəsində QMİ nümayəndələri Almaniyada cərrahiyyə əməliyyatı olunan II İlyanın səhhəti ilə maraqlanaraq, ona uzun ömür və can sağlığı arzulayıblar. Görüşdə Gürcüstan-Azərbaycan əlaqələri müzakirə olunub.

 

Hacı Ayvaz Mərdanov APA-ya açıqlamasında Şeyx Hacı Allahşükür Paşazadənin 10 gündən sonra Gürcüstana səfər edəcəyini bildirib: “Biz II İlya ilə görüşərkən QMİ rəhbəri Şeyx Allahşükür Paşazadə ilə telefon danışığı baş tutdu.  Şeyx Allahşükür Paşazadə II İlyaya can sağlığı arzuladı və çox təəssüf etdi ki, onu Almaniyada ziyarət edə bilməyib. O, II İlyaya, yaxın günlərdə Gürcüstana səfər etməyi planlaşdırdığını və məmnuniyyətlə onu ziyarət edəcəyini bildirib”, - deyə QMİ nümayəndəsi bildirib.

 

Qeyd edək ki, QMİ şeyxinin yaxın 10 gündə Gürcüstana səfər etməsi xəbərini İMEDİ TV də yayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ