Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

allahsukur pasazade novruz bayrami munasibeti ile azerbaycan xalqini tebrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə  Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

 

QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə Novruzun qədim tariximizdə özəl yeri və önəmi olan xalq bayramı olduğu vurğulanıb: “Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə Novruz günlərinə daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır”.

 

QMİ sədrinin bayram təbrikində daha sonra deyilir: “Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
11:38 24 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda mekteb binasina bomba qoyulmasi xeberi ile elaqedar sagirdler texliye edilib
    Gürcüstanda məktəb binasına bomba qoyulması xəbəri ilə əlaqə...
  • hebsde olan mtn generalinin mehkemesinin harada kecirileceyi melum olub yenilenib
    Həbsdə olan MTN generalının məhkəməsinin harada keçiriləcəyi...
hebsde olan mtn generalinin mehkemesinin harada kecirileceyi melum olub yenilenib hebsde olan mtn generalinin mehkemesinin harada kecirileceyi melum olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8484
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ