Bu il 55 adda radikal dini ədəbiyyatın Azərbaycana gətirilməsinə cəhd edilib

Azərbaycanda bu il dini radikallığı təbliğ edən 55 adda ədəbiyyatın ölkəyə idxalına cəhd olub.

 

APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilin sonu ilə bağlı yaydığı hesabatda bildirilir.

 

İl ərzində Komitədə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan 3-də dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb. Qeyd olunub ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 379 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 689 adda dini ədəbiyyata baxılaraq, onlardan 330 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ