Həccə gedəcək zəvvarların ziyarət xərcinin ödənməsi ilə bağlı yenilik edilib

hecce gedecek zevvarlarin ziyaret xercinin odenmesi ile bagli yenilik edilib

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.

 

APA-nın məlumatına görə, bu il zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz MÜsəlmanları İdarəsinə (QMİ) edəcəklər. Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.

 

Qeyd edək ki, bu ilki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində sənədlər qəbul olunur. Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub. Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ