Azərbaycanda dövlət qeydiyyatına alınan dini qurumların sayı açıqlanıb

azerbaycanda dovlet qeydiyyatina alinan dini qurumlarin sayi aciqlanib

Azərbaycanda 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib  və dövlət qeydiyyatına alınan dini qurumların sayı 749-a çatıb.

 

APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Komitə sədrinin müavini Gündüz İsmayılov bildirib.

 

G. İsmayılov deyib ki, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub
    Prezident dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərp...
  • brent neftinin qiymeti 52 dollaradek gerileyib
    Brent neftinin qiyməti 52 dollaradək geriləyib
brent neftinin qiymeti 52 dollaradek gerileyib brent neftinin qiymeti 52 dollaradek gerileyib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ