Azərbaycanda imamlar 400, imam naibləri 300 manat maddi dəstək alacaq

azerbaycanda imamlar 400 imam naibleri 300 manat maddi destek alacaq

"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq". 


APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 


O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək".


M. Qurbanlı qeyd edib ki, siyahıda 1000-dən çox din xadiminin adı var: "Naxçıvanda isə 200-ə yaxın din xadimi maddi dəstək alacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276