Bu il Gürcüstanda 40-dan çox məscid təmir olunacaq

Bu il Gürcüstanda 40-dan çox məsciddə əsaslı təmir işləri aparılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə,  hazırda azərbaycanlıların kompakt yaşadığı bir neçə bölgələrdə yeni məscidlərin inşası və əsaslı təmiri başa çatmaq üzrədir: “GMİ ötən illərdə olduğu kimi, bu ildə də 40-dan çox məsciddə təmir işi aparmağı planlaşdırıb.”

 

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Qardabani rayonunda və rayonun Qara Təhlə kəndində inşa olunan məscidlərin vəziyyəti ilə yaxından tanış olub. Xeyriyyəçilər  tərəfindən tikilməkdə olan məscidlərə GMİ tərəfindən maddi yardım göstərilib. Məscidlərin ilin sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulur.

 

GMİ şeyxi gələcəkdə əhalinin maddi dəstəyi ilə yeni məscidlərin tikintisinə dövlətin də dəstəyi olacağını bildirib. O, bu istiqamətdə müsəlmanların problemlərinin həllinə çalışacağını bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
  • cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib
    Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb...
cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib cocuq mercanlida tank eleyhine mina ve qumbara askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ