Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq

komite fatimeyi zehra mescidi sokulmeyecek eksine orada icma yaradilacaq

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Bakı şəhəri, Suraxanı rayonu “Fatimeyi-Zəhra” məscidi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Komitə rəsmisi APA-ya bildirib ki, son günlərdə “Fatimeyi-Zəhra” məscidinin guya söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın  əsası yoxdur. Əksinə, “Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ