Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura ilə bağlı mərasimlərin insidentsiz keçdiyini bildirib

dini qurumlarla is uzre dovlet komitesi asura ile bagli merasimlerin insidentsiz kecdiyini bildirib
Bakı-APA. Bu gün Azərbaycanın bütün bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib.

Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina edib, yalnız bir yerdə bu müşahidə edilib.

Ümumilikdə Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutub.

 

Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar.

Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidində olub, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkərib, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına  dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş  şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib. Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulanıb.

Qeyd edək ki, bu gün komitə sədrinin birinci müavini Səyyad Aran Lənkəran, sədrin müavini Gündüz İsmaylov isə Gəncə şəhərində olublar, qanvermə aksiyasında fəal iştirak etmiş icmaların rəhbərləri ilə görüşüblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ