Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

 

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmilərinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası, qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələrinin, eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.

 
M. Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribançılıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirildiyini bildirib. O qeyd edib ki, hər il dünyada 30-35 min insan terrorun qurbanı olur: "Ölkələr var ki, terroru himayə edirlər, dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. Artıq terroru müdafiə edən ölkələr təcrid olunurlar. Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxarır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarışıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirməkdir, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır".
 
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri Ataxan İsayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa da çıxış ediblər.
 
Konfransda Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də bu sahədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti müzakirə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide bes ton ot baglamasi yanib
    Ağcabədidə beş ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267