Dövlət Komitəsinin sədr müavini: "Bəzisi qarajını, bəzisi evini məscidə çevirmək istəyir"

dovlet komitesinin sedr muavini bezisi qarajini bezisi evini mescide cevirmek isteyir

"Dini icmaların sədrlərinin böyük əksəriyyəti rəhbərlik etdiyi dini icmanın Nizamnaməsi ilə belə tanış deyillər. İslam təmayüllü dini icmalardan fərqli olaraq, qeyri-islami yönümlü dini icmaların əksəriyyəti bu barədə daha çox məlumatlıdır".

 

APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

G. İsmayılov bildirib ki, qanunda müqəddəs kitabların öyrədilməsi halları əksini tapıb: "Çox vaxt məsciddən kənarda Quran kursları təşkil olunur. Müqəddəs kitabların öyrədilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Quran öyrədilməsi məqsədi ilə kursların açılmasını dəstəkləyirik. Ancaq Quran kursu yaratmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin razılığı olmalıdır. Digər müqəddəs kitabların öyrədilməsi ilə bağlı da qanunvericiliyin tələblərinə riayət edilməlidir".

 

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, bu gün məsciddən, kilsədən kənarda dini fəaliyyət göstərmək halları var: "Bəzisi qarajını, bəzisi evini məscidə çevirmək istəyir. Kimsə evində ibadət edə bilər, amma heç kim evini məscidə çevirə bilməz. Görürsən ki, bir şəxsin bir vaxt maşını saxlamaq üçün qaraj kimi istifadə etdiyi yerə insanlar kütləvi ibadətə gedirlər. Bu, yolverilməzdir. Belə hallar əsassız olaraq bəzi beynəlxalq təşkilatların hesabatlarına da düşür.

 

Bundan başqa, cəbhəyanı kəndlərdə, bölgələrdə hansısa sektaların, radikal qrupların dini təbliğatına yol verməmişik və verməyəcəyik.

 

Heç bir halda qanunvericilikdən kənar dini fəaliyyətlə yol verilməyəcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267