Fransa XİN-in nümayəndələri dini komitədə olub

fransa xin in numayendeleri dini komitede olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin nəzdində Kontinental Avropa Departamentinin direktoru Florans Manjen, departamentin direktor müavini Nikola Dölakost ilə görüşüb.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, səfirliyin birinci müşaviri Fabien Dru-Lozinskinin də qatıldığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək  bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Sədr müavini qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkənin ictimai-siyasi həyatında özünü göstərir. Azərbaycanda müxtəlif dini, milli qruplara dillərini, mədəniyyətlərini və adət-ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək üçün bütün şərait yaradılıb. Səyavuş Heydərov bildirib ki, tolerantlığın təşviqində və radikalizmə qarşı mübarizədə Fransa və Azərbaycan sekulyar modelləri mühüm rol oynayır.

 

Florans Manjen tolerantlığın Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti olduğunu, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Görüş Azərbaycan-Fransa əməkdaşlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin müzakirəsi ilə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ