Gürcüstan patriarxı: “Ölkəmizə xeyirxah dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkür edirik”

gurcustan patriarxi olkemize xeyirxah desteyine gore azerbaycan prezidentine tesekkur edirik

“Biz Azərbaycan prezidenti İlham Əliyevə ölkəmizə xeyirxah dəstəyinə görə təşəkkür edirik”.

 

APA-nın məlumatına görə, bu sözləri Gürcüstan pravoslav kilsəsinin nümayəndəsi, yepiskop Dmitri “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” adlı tədbirdə patriarx İlyanın müraciətini oxuyarkən deyib. O bildirib ki, qarşılıqlı hörmət iki ölkə xalqları arasında münasibətlərin əsasını təşkil edir: “Hər iki ölkədə qədim və yeni tikilmiş müxtəlif dinlərə aid abidələrin mövcudluğu bu hörmətin göstəricisidir. Bu baxımdan Qax rayonunda gürcü kilsəsinin və Gürcüstanda Azərbaycanla bağlı məscid və onlarla dini təşkilatın bərpası, fəaliyyəti qeyd edilməlidir. Gürcüstan və Azərbaycan multikultural, multietnik ölkələrdir. Dünyanın müxtəlif region və ölkələrində dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, qarşılıqlı anlaşma atmosferi qurmaq baxımından birgə səylər göstərməyə çağırır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ