Heydər Əliyevin anım günü ilə bağlı QMİ-də tədbir keçirilib

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, Azərbaycandakı dini konfessiyaların nümayəndələri iştirak edib.

 

QMİ sədri Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışıb: “90-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi məhv olmaq ərəfəsində idi. Heydər Əliyev Allah və xalqın köməyi ilə daxili düşmənləri neytrallaşdırdı, Azərbaycan dövlətini böyük bəlalardan xilas etdi. Bu gün biz regionda lider dövlətik. Bu gün müəyyən çətinliklər də var. Amma bu çətinlikləri dəf etmək olar”.

 

Tədbirdə sənədli film nümayiş olunub.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev ən mürəkkəb vaxtlarda müqəddəs məkanları ziyarət edib: "Heydər Əliyev islam aləminə sadiq bir insan olub. Onun islami dəyərlərə necə böyük önəm verdiyini görmüşük. Heydər Əliyev həmişə bizə mənəvi dəyərləri qorumağı tövsiyə edib".

 

Tədbir çıxışlarla davam etdirilib.

 

Anım mərasimində Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ