İcazəsiz dini ədəbiyyatın yayılması ilə bağlı 12 mağaza sahibi cərimələnib

icazesiz dini edebiyyatin yayilmasi ile bagli 12 magaza sahibi cerimelenib

Keçən il icazəsiz dini ədəbiyyatın yayılması və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması ilə bağlı 40 mağazada monitorinq təşkil olunub.

 

APA-nın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Komitə sədrinin müavini Səyavuş Heydərov bildirib.

 

S. Heydərov deyib ki, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib: “17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ