İlahiyyat İnstitutuna bina ayrılıb

ilahiyyat institutuna bina ayrilib

"Azərbaycan İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb".

 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

 

M. Qurbanlı deyib ki, institut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək: "Bu il dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə İlahiyyat İnstitutuna qəbul elan edilib, 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir. Onu da deyim ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı da ixtisaslar yaradılacaq".

 

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267