Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib

İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbir “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə təşkil olunub. Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

 

Konfransın təşkilatçılarından olan Əli Evsen dinin dövlətlərin həyatında oynadığı roldan və tədbirin əhəmiyyətindən danışıb.

 

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov konfransın məhz İspaniyada keçirilməsinin təsadüfi olmadığını qeyd edib, Sivilizasiyalar Alyansının 2005-ci ildə İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradıldığını bildirib.

 

İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes dünyada müxtəlif dinlərin son nəticədə eyni amala qulluq etdiyini deyib: “Azərbaycanda çox tolerant bir cəmiyyət var. 2016-cı il bu ölkədə “Multikulturalizm ili” elan edilib və onun çoxmillətli, çoxdinli modeli dünyaya nümunə ola bilər”.

 

 

Dinlərarası dialoqun önəmini vurğulayan Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares qeyd edib ki, multikulturalizm mədəniyyətlər, dinlər və dillər arasında ünsiyyətdir. Bu ünsiyyətin əsasında üç amil – tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət durur.

 

Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsindəki təcrübəsindən danışıb.

 

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu gün yaşadığımız həyatın reallıqları dinlər və mədəniyyətlərarası münasibətlərdə müqəddəs kitablarda yazılmış təməl anlayışlara riayət etməyin vacibliyini bir daha təsdiq edir.

 

Komitə sədri Mübariz Qurbanlı isə müstəqillik dövründə ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmləndiyini qeyd edib.

 

Abel Məhərrəmov Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib.

 

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb. Nümayəndə heyətinin İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzaleslə də görüşü olub.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
09:11 17 İyul
08:57 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ruminiya azerbaycanlilari birliyi yaradilib
    Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
  • yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir
    Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”...
yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273