"Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim edilib

Bu gün  Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlər başa çatıb.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin dini mövzuda maariflənməsinin vacib olduğunu söyləyib.

 

QMİ sədri sovet dövründə dini dəyərləri qorumaq üçün çalışdıqlarını söyləyib: "Bu gün hər kəs İslamdan, dindən danışır. Bu gün Türkiyədə, İranda, başqa ölkələrdə dini mövzularda işıq üzü görən yazıları bəziləri olduğu kimi Azərbaycan dilində dərc edirlər. Ancaq Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında dinə münasibətlə Azərbaycanda dinə münasibət arasında fərqlər var".

 

QMİ sədri bildirib ki, gələcəkdə universitetlərin birində islam jurnalistikası fakültəsi açmaq niyyətləri var: "Gələcəkdə bu treninqlərdə iştirak edən jurnalistlərin də potensialından bu istiqamətdə yararlanmaq istərdik".

 

 

Daha sonra treninqdə iştirak edən jurnalistlər fikirlərini bölüşüb, treninqlər zamanı dini mövzular barədə geniş məlumatlar əldə etdiklərini bildirib, gələcəkdə treninqlərin daha yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini səsləndiriblər. 

 

 

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "reket jurnalistlər"in jurnalistikanı gözdən saldığını və əsl jurnalistikanın xüsusi hörmətə layiq olduğunu qeyd edib: "İnanıram ki,  jurnalistlərin dini mövzuda biliklərinin artırılması ilə bağlı treninqlər gələcəkdə də keçiriləcək".

 

Treninqlərin əhəmiyyətindən danışan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov milli-mənəvi dəyərlərlə bağlı jurnalistlər arasında müsabiqə keçirilməsini təklif edib. 

 

 

Daha sonra treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
  • mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib
    Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su...
mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ