Mübariz Qurbanlı ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məluata görə, nümayəndə heyəti  mayın 14-də ABŞ Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb.

 

M. Qurbanlı Los Ancelesdə kafedral kilsədə baş tutan görüşdə arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühit barədə məlumat verib. Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiyepiskopla fikir mübadiləsi aparıblar.

 

Nümayəndə heyətinin növbəti görüşü Los Anceles vilayətinin Nəzarətçilər Şurasının sədri Şeyla Kuehl ilə olub. Ş. Kuehl 2008-ci ildə hələ Kaliforniyanın Ştat Senatoru kimi ölkəmizə səfər etdiyini və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını söyləyib. M. Qurbanlı Los Anceles vilayətinin Nəzarətçilər Şurasının sədrinə Azərbaycanda dinə dövlət qayğısından danışıb, Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

 

Nümayəndə heyəti Los Ancelesdə nəşr olunan ABŞ-ın ən böyük oxucu kütləsinə malik olan “Jewish Journal” qəzetinin prezidenti Devid Suisa ilə də görüş keçirib. Görüş zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verilib. İştirakçılara Azərbaycanda dini tolerantlıq mühitini, həmçinin Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar təqdim olunub.

 

Qeyd edək ki, səfər Dövlət Komitəsi, Azərbaycanın Los Anceles şəhərindəki baş konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen daxildir. Görüşlərdə nümayəndə heyətini Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev müşayiət edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276