Mübariz Qurbanlı: “Azərbaycandakı vəhdət namazları bir nümunədir”

mubariz qurbanli azerbaycandaki vehdet namazlari bir numunedir

“Heydər məscidində qılınan vəhdət namazı müsəlmanlara örnəkdir”.

 

APA-nın məlumatına görə, bu sözləri İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Müasir dünyanın ən böyük problemlərindən birinin təhlükəsizlik məsələsi olduğuna diqqəti cəlb edən M. Qurbanlı dinlər və siyasi sistemlər arasında əməkdaşlıq yaradılmasının zərurət halına gəldiyini vurğulayıb: “Terrordan heç bir ölkə kənarda qalmayıb, dünyanın elə bir ölkəsi yoxdur ki, orada terror baş verməsin. Bundan əvvəlki dövrlərdə terror özünü siyasi və ideoloji mənada daha çox göstərməkdə idi. İndi terrorun təsnifatında millətçiliklə bağlı terror, dinlə bağlı terror, eyni zamanda, bu və ya digər formada özünü büruzə verən ideoloji terror bugünkü dünyamızda görünən terror növləridir. Təəssüf ki, XXI əsrin əvvəlində biz dinlə bağlı terrorun artdığını görürük”.

 

M. Qurbanlı statistik rəqəmlərə istinadən dini terror nəticəsində həyatını itirən insanların çoxunun müsəlman ölkələrinin payına düşdüyünü bildirib. Məzhəblər arasında baş verən terror hadisələrinin islamda da, xristianlıqda da özünü göstərdiyini xatırladan komitə sədri heç bir terror aksiyasının dinlə əlaqələndirilə bilməyəcəyini vurğulayıb. O, terrorun qarşısının alınması üçün dinlər arasındakı dialoqun vacibliyi məsələsinə toxunaraq deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi məhz islam dünyasında təriqətlərarası problemlərin həll edilməsi müzakirələrinin başlamasına doğru atılan bir addımdır.

 

M. Qurbanlı Qərb ölkələrindəki islamofobiya meyllərini tənqid edib: “Baxmayaraq ki, Ermənistan 20% torpaqlarımızı işğal edib, biz heç vaxt dini zəmində erməni xalqı ilə düşmənçilik etmədik. Hətta Bakı şəhərində erməni kilsəsi bu gün də qalmaqdadır. Bu gün Azərbaycanda 30 mindən çox erməni yaşamaqdadır və öz dini ayinlərini həyata keçirməsi üçün onlara heç kim maneçilik törətmir. Ancaq bunun qarşılığını biz görmürük. İşğal edilmiş torpaqlarımızda məscidlərimiz, mədəniyyət abidələrimiz (onların içində kilsələr də var) dağıdılıb. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşamadığını qəti şəkildə deyə bilərik. Erməni kilsəsi Türkiyəyə və Azərbaycana qarşı təbliğatın mərkəzinə çevrilib”.

 

M. Qurbanlı Azərbaycanda Heydər məscidi tikildiyini, bu ibadət mərkəzində vəhdət namazları, ittihad namazları qılındığını söyləyib: “Orada şiə və sünnilər bir araya gəlirlər və eyni anda öz dini ayinlərini icra edirlər. Bu, bir nümunədir, bir örnəkdir və biz müxtəlif məzhəblər arasında münasibətlər yarada bilmək üçün vəhdət namazlarından istifadə etməliyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elmar memmedyarov bee nin xarici isler ve beynelxalq emekdasliq naziri ile gorusub
    Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaş...
  • islamiadanin baglanis merasiminin detallari melum olub
    İslamiadanın bağlanış mərasiminin detalları məlum olub...
islamiadanin baglanis merasiminin detallari melum olub islamiadanin baglanis merasiminin detallari melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ