Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb

mubariz qurbanli qeter sefiri ile gorusub

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətər Dövlətinin Bakıdakı səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub.

 

İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Qətər üzvü olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər. Eyni zamanda, Komitə sədri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyada  İslam həmrəyliyinin gücləndirilməsinə nail olacağına əminliyini vurğulayıb. O qeyd edib ki, “İslam Həmrəyliyi İli” münasibətilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Səfir Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

 

Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.

 

Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi İli” və IV İslam Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ